• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 28.12.2021 12:18

Məktəblilərin qış tətilinin günləri açıqlanıb

KepezTV Player

Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb. Nazirlikdən bildirilib ki, 31 dekabr 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir. Qış tətili günləri isə məktəblərdə 27-31 yanvar tarixləridir. Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.