• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 27.12.2021 20:35

Gələn ilin yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri açıqlanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Yanvar ayında A növü üzrə dövlət qulluğuna və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevralda isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, B növü üzrə dövlət qulluğuna qəbul, magistratura səviyyəsinə qəbul imtahanı və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.