• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 27.12.2021 20:30

DİM-dən şəhid övladlarına dəstək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Tovuzda 44 günlük müharibədə canlarından keçən şəhidlərin məktəbli övladlarının iştirakı ilə tədbir təşkil edib. Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkirdən olan şagirdlərin iştirak etdiyi tədbirdə DİM ilə YAŞAT Fondu arasında imzalanan əməkdaşlıq Memorandumdan danışılıb. Əsas məqsədin əlilliyi müəyyən olunan hərbi qulluqçular və şəhid olan şəxslərin ailələrinin üzvlərinə dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir. Tədbir iştirakçılarına psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə yaradılan e-psixoloq.az saytı barəsində məlumat verilib, DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri, otk.az saytı üçün ödənişsiz kuponlar təqdim edilib.