• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 27.12.2021 21:41

“Rossiya-1” televiziya kanalı Prezidenti və Azərbaycan haqqında reportaj yayımlayıb

KepezTV Player

Dekabrın 26-da Rusiyanın “Rossiya-1” televiziya kanalının “Vesti Nedeli” proqramında Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmiz haqqında reportaj yayımlanıb. Vurğulanıb ki, Prezident İlham Əliyev öz yubileyini Şuşada - Azərbaycanın mədəniyyət paytaxtı elan edilən şəhərdə qarşılayıb. Videomaterialda “Azərbaycanda rus dili” mövzusuna toxunulub. Vurğulanıb ki, Azərbaycan təhsil sistemində rus dilinin yayılma dərəcəsinə görə olduqca layiqli yer tutmaqla, digər Qafqaz respublikalarını qabaqlayır.