• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2474
— 27.12.2021 12:23

Ceyhun Bayramov mətbuat konfransı keçirib

KepezTV Player

“Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir”. Xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Azərbaycan tərəfi bu Komissiyanın yaradılmasına razılıq verib.“Düşünürük ki, qarşı tərəf də bu məsələnin ciddliyini anlayır, ölklər arası da beynəlxlaq sərhəd müəyyənləşməlidir. İnanırıq ki, yaxın zamanda qarşı tərəfdən də müsbət mesaj olacaq. Ona görə düşünürük ki, yaxın aylarda bu Komissiya formalaşacaq” - deyən nazir Azərbaycan və Ermənistan arasındakı anklav məsələsindən də danışıb.

26 noyabrda Soçi görüşündə üçtərəfli format çərçivəsində bu prosesin başlanılması əksini tapıb.O vurğulayıb ki, anklavlar məsələsi bir reallıqdır, bunu kimsə inkar edə bilməz.Anklavlar məsələsinin həlli məhz delimitasiya prosesi zamanı baş verə bilər. Ceyhun Bayramovun sözlərinə görə, yaxın zamanlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitrajlara müraciət edəcək.