• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 25.12.2021 20:27

Taksi sürücüləri COVİD 19-la bağlı maarifləndiriliblər

KepezTV Player

Gəncədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə taksi sürücüləri ilə maarifləndirici reyd keçirilib. Reyd zamanı metodiki göstərişlər də verilib.

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin əməkdaşları COVİD 19 infeksiyası ilə əlaqədar olaraq şəhərin mərkəzi hissəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd aparıb. Məqsəd cərimələmək yox, maarifləndirmək olub. Pandemiya qaydalarına əməl etməyin vacibliyi vurğulanıb, maskadan istifadə etmək, avtomobildə şəffaf arakəsmə quraşdırmağın əhəmiyyəti qeyd edilib. Həmçinin avtomobildə dezinfeksiyaedici məhlulun olmasına fikir verilib. Təlimata uyğun olaraq taksilərdə sərnişinlər arxa oturacaqda ourmalı, yalnız zəruri hallarda sürücünün yan oturacağında otura bilimələri izah edilib.

Maarrifləndirici reyd zamanı sərnişinlərə münasibətdə nizam intizam qaydalarına əməl etmək, avtomobillərin mütamadi olaraq dezinfeksiya edilməsi də vacib şərt olaraq vurğulanıb.

Reyd zamanı taksi sürücülərinə Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin əməkdaşları tərəfindən tibbi maskalar da paylanıb. Ümumilikdə Gəncədə 1000-ə yaxın şəxs taksi fəaliyyəti ilə rəsmən məşğul olur.

Elnur Vahidoğlu