KepezTV Player
Cüdo üzrə Azərbaycanın böyüklərdən və gənclərdən ibarət milli komandaları Göygöldə təlim-məşq toplanışındadır. Hazırlıq prosesi Göygöl Olimpiya Kompleksində keçirilir. Məşqlərdə Azərbaycan Kubokunda yer tutan və yığmanın aparıcı üzvləri iştirak edirlər. Toplanış dekabrın 12-də başlayıb, dekabrın 29-da başa çatacaq. Məşqlər gələn il 28-30 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran-priyə və 5-6 fevralda Fransanın paytaxtı Parisdə təşkil olunacaq Böyük Dəbilqəyə hazırlıq xarakteri daşıyır.
- Baxış: 707