• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 25.12.2021 12:41

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır

KepezTV Player

Sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma  vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli komplekslərdə xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi,  ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub. Hərbi qulluqçularımızın təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkili istiqamətində tədbirlər planlı şəkildə davam etdirilir.