• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 24.12.2021 19:18

Qışa hazırlıq məqsədilə texnikalar saz vəziyyətə gətirilib

KepezTV Player

Qış fəslinin gəlişi ilə bağlı olaraq Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin tabeliyində olan təyinatı üzrə maşın və mexanizimlər tam hazır vəziyyətə gətirilib. Bundan başqa qar yağdıqda küçələrdə avtomobillərin hərəkətini təmin etmək üçün anbarlara ehtiyat olaraq 40 tona yaxın qum və duz ehtiyyatı da yığılıb.

Gəncədə qarlı günlərdə avtomobillərin və piyadaların   hərəkətində çətinliyin yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülür. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin anbarlarında kifayət qədər qum və  duz ehtiyatı yığılıb. Ehtiyat dizel yanacağı və benzin tədarükü görülüb. Yolların qardan təmizlənməsi üçün ayrılan 30-a yaxın avtomobil və mexanizmlərin sazlığı təmin edilib.

Bundan başqa Gəncənin 14 Mənzil İstismar Sahəsinin hər biri yolları qardan təmizləmək üçün  bel, kürək və digər ləvazimatlarla da təmin edilib.

Bundan başqa Gəncədə 20-ə yaxın mabil qrup yaradılıb ki, onlar da qarlı havalarda şəhərin yollarında hərəkətin təmini üçün çalışacaqlar.

 

Elnur Vahidoğlu