Şəmkirdə “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə icra başçısı Rəşad Tağıyev Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dövlət siyasəti ilə əlaqələndirib. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı ilə milli həmrəyliyə nail olunduğu, dəmir yumruq əməliyyatı ilə Qarabağ zəfərinin qazanıldığı vurğulanıb. Yeni Azərbaycan Partiyasının Sədri olan İlham Əliyevin ölkəyə rəhbərliyinin 18 ili ərzində Azərbaycannı dünya miqyasında diktə edən tərəf kimi tanıtdığı, Vətən müharibəsində qazanılan qələbə ilə xalqımızın əyilən qəddini dikəltdiyi qeyd edilib. Tədbirin davamı olaraq Şəmkirdə genişmiqyaslı təmizlik və yaşıllaşdırma işləri aparılıb. Rayonun bütün yaşayış məntəqələrində, magistiral yolların kənarlarında daxili iməclik keçirilib. Tullantılardan təmizlənən ərazilərin dezinfeksiyası aparılıb. Mətəmadi olaraq bu cür aksiyaların keçirilməsində məqsəd təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Ağacəkmə aksiyası çərçivəsində Şəmkir şəhəri ərazisində park və xiyabanlarla yanaşı mərkəzi küçələrə də 1000-dən çox müxtəlif ağac növləri, xüsusilə də zeytun ağacları əkilib.
- Baxış: 343