• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 24.12.2021 12:23

Gəncədə vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayır

KepezTV Player

Şəhid ailələri və müharibə iştrakçılarının müraciətlərinin qəbulu məqsədilə bu gün daha 3 şəhər və rayonda - Gəncə, Masallı və Ucarda da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mərkəzlərdə 6-sı dövlət orqanı, 19-u aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri olmaqla, 25 qurum tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək. Mərkəzlər nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Gəncə, Masallı, Ucar şəhərlərindəki ərazi filaillarının binasında fəaliyyət göstərəcək. Həmin şəhər və rayonlarla yanaşı, ətrafdakı bölgələr də daxil olmaqla ümumilikdə 19 rayon və şəhər üzrə şəhid ailələri və müharibə iştirakçılarına xidmət edəcək. Gəncə şəhərindəki vahid əlaqələndirmə mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonları üzrə vətəndaşların müraciətləri qəbul olunacaq.