KepezTV Player
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib. Vladimir Putin dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Dövlət başçımız göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib. Prezidentlər strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər. Telefon söhbəti zamanı Soçi görüşü məmnunluqla xatırlanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
- Baxış: 301