• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2453
— 23.12.2021 20:36

Piyadaların təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

KepezTV Player

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədi ilə dövlət yol polisi əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər keçirilir. Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar barəsində inzibati protokol tərtib olunub. Bundan başqa monitorinq zamanı piyadalara yol verməyən sürücülər də aşkar edilib ki, həmin sürücülərə qanunun tələbləri izah olunub, bir neçə sürücü barəsində inzibati protokol tərtib edilib.