• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2317
— 23.12.2021 20:30

Güclü qar intensiv hərəkətdə maneələr törədib

KepezTV Player

Göygöl rayonunda hərəkət çətinləşib. Xüsusilə də rayon mərkəzindən ucqar dağ kəndlərinə gedən yollarda bir sıra problemlər yaşanıb. Yağan güclü qar aşırımlarda nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə törədib.

Yağan qar yollarda çətinlik yaradıb. Hava şəraiti əsasən dağ kəndlərinə hərəkət edən avtomobillərin sürücüləri, eləcə də yolu Hacıkənd aşırımından düşənləri daha tədbirli olmağa sövq edib. Yolların buz bağlaması öz növbəsində sürücülərə ehtiyatlı hərəkət etməyi vacib edib.

Sözügedən yollara cavabdeh olan qurum 124 km avtomobil yoluna xidmət edir. Həmin yolların 49 km-i respublika əhəmiyyətli, 116 km-i yerli əhəmiyyətlidir. Bəs sürücülərə çətinlik törədən yolların təmizlənməsi ilə bağlı hansı addımlar atılır ?

Göygöl ərazisinə yağan qar rayon mərkəzində 5, dağlıq ərazilərdə isə 15 sm qalınlığındadır. Təbiət hadisəsi sürücülərlə yanaşı yerli sakinlər üçün də bir sıra çətinliklər yaradıb.

Yaşayış məntəqələrində elektrik enerjisi və təbii qazın verilişində fasilə yaranmayıb. Rabitə xətlərində problemin yaranması ilə bağlı da Rayon Fövqəladə Hallar komissiyasına müraciət daxil olmayıb.

Müşahidə olunan qarlı-şaxtalı havanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülür.

Valeh Anaroğlu