• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2143
— 23.12.2021 20:16

Prezident İlham Əliyev fərmanlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, həmçinin yaşayış minimumu haqqında” qanunu təsdiq edib.Yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Dövlət başçısı Müdafiə, Daxili işlər, Ədliyyə, Fövqəladə hallar nazirlikləri, Xarici Kəşfiyyat, Dövlət Təhlükəsizliyi, Dövlət Gömrük, Dövlət Miqrasiya, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətləri əməkdaşlarının maaşlarının artırılması haqqında da fərmanlar imzalayıb. Həmçinin Əlilliyi olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsi gücləndirilməsi ilə bağlı fərman verilib.

Daha bir sənədlə Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmə üçün 50 milyon manat ayrılıb.1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək.I dərəcə əlilliyə görə – 8 800 manat; II dərəcə əlilliyə görə – 6 600 manat; III dərəcə əlilliyə görə – 4 400 manat.

Prezidetin imzaladığı sərəncamla Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.

Prezident “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.Sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla, maddi yardımdan məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq. Başqa sözlə, sığortaedənin öz işçisinə ödədiyi maddi yardıma məcburi dövlət sosial sığorta haqqı hesablanacaq.