• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 22.12.2021 19:56

Zal nəzarətçiləri mükafatlandırılıblar

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərin yekun statiskası aparılıb. Mərkəzin Gəncə bölməsi üzrə bazada olan  1306 zal nəzarətçisindən 650-i təşkil edilən imtahanlarda iştirak edib. Onlardan imtahanların şəffaflığını təmin edən və yüksək bal toplayan 100-ə yaxın iştirakçının işlədikləri məktəblərə təşəkkür məktubu göndərilib. Bundan başqa, DİM-in Gəncə Regional Bölməsini təmsil edən 3 zal nəzarətçisi isə Mərkəzin rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülüb.