• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 22.12.2021 20:12

"İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi" mövzusunda konfrans keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda konfrans keçirilib. Çıxış edənlər Azərbaycan xalqının ətrafında sıx birləşdiyi, sonsuz etimad, inam, dəstək nümayiş etdirdiyi dövlət başçısını vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi kimi gördüklərini qeyd ediblər. Vurğulanıb ki, ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyub. Tədbir zamanı diqqətə çatdırılıb ki, İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və nizam-intizamlı Ordu yaradılıb. Məhz bu güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını, taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın idarəçiliyi, xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi Vətən müharibəsində ölkəmizin Qələbəsini təmin edib. Konfransda Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.