• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 22.12.2021 16:20

HETİ-nin 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

KepezTV Player

Gəncədə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 90 illiyinə həsr olunan ”Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans baş tutub. Akademik Firuz Məlikovun anadan olmasının 120 illiyinə həsr olunan tədbirdə heyvandarlıq sahəsində aparılan elmi tədqiqatlar, heyvanların cins damazlıq tərkibinin yaxşılaşdırılması istiqamətində beynəlxalq təcrübə, innovativ yanaşmalar və digər mövzularda müzakirələr aparılıb. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Azərbaycanda heyvandarlığın inkişafına elmi tədqiqat işləri ilə töhfələr verdiyi, yerli genofondların qorunması, heyvan növü və cinsləri üzrə damazlıqların yaradılması, yüksək məhsuldar cins heyvanların yetişdirilməsi istiqamətində davamlı işlərin aparıldığı vurğulanıb. İnstitutda müasir innovativ texnologiyaların tətbiqi, qidalılıq dəyəri olan yem bitkilərindən istifadə və düzgün yemləmənin təşkili istiqamətində tədqiqatların genişləndirildiyi diqqətə çatdırılıb. Maddi-texniki təchizatın yenilənməsi, müasir laboratoriyaların qurulması bu iş öz töhfəsini verir. 2 günlük konfransda Türkiyə, Rusiya, İran və Belarusun 20-yə yaxın heyvandarlıq üzrə tanınmış alimi məruzələrlə çıxış edəcək.