• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 22.12.2021 16:11

Azərbaycan və Gürcüstan arasında gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

KepezTV Player

Müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Zakir Həsənov birgə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb. Birgə təlimlərin əhəmiyyətini qeyd edən nazir Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Gürcüstanın müdafiə naziri Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Regionda sülhün bərqərar olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.  Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.