Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Düz Qırıqlı, Əyyublu, Hacıələkbərli, Əlibəyli, Əsrik Cırdaxan və digər kəndlərin sakinlərindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Aşkar olunan silahlar müvafiq ekspertizaya təqdim edilib, silah sahibləri barəsində qanuna müvafiq tədbir görülüb. Ümumilikdə cari ilin müvafiq dövrü ərzində Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən 32 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 9-u aparılan marifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib. Əməliyyat yolu ilə aşkarlanan 20 odlu silahdan 2 ədədi yivli TOZ 8 silahıdır.
- Baxış: 716