• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 21.12.2021 20:42

Balacalar üçün "Yeni il" tamaşaları

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Gəncənin teatrlarında və filarmoniyada balacalar üçün tamaşalar nümayiş olunacaq. Maraqlı personajlar və surpirizlərlə dolu olacaq əyləncəli və rəngarəng tamaşalar balacaların marağına səbəb olacaq.

Pandemiyadan sonra ilk dəfə olaraq Gəncə Dövlət Kukla Teatrı balacalarla görüşə "31-ci otaq" tamaşası ilə gəlir. Ssenari müəllifi Şamil Məmmədli və Zülfiyyə Əliyeva olan səhnə əsərində balacaları nağıllar dünyasına səyahət gözləyir. Nağıl qəhrəmanları ilə yanaşı Şaxta baba və qar qız da əsas personajlar sırasındadırlar.  Yanvarn 9-na kimi davam edəcək tamaşalar gündə 4 seans olmaqla təqdim ediləcək.

Şamil Məmmədli  quruluşçu rejissor: İşıqlarımız, musiqilərin yenilikləri, çox gözəl geyimlərimiz olacaq. Uşaqların çox sevdiyi musiqilərdən, rənglərdən istifadə edəcəyik. Müəyyən qalan sirli məqamlarda var ki, onları da tamaşaçılarımız gəlib görsələr daha yaxşı olar. Hər birini Gəncə Dövlət Kukla Teatrında tamaşalarımıza baxmağa dəvət edirəm.

Zülfiyyə Əliyeva  aktrisa: Balaca dostlarımız bu tamaşadan razı qalacaqlar. Hər kəs burdan xoş xatirələrlə ayrılacaqdır. Geyimində də mənfiyə doğru köklənsəkdə ancaq sonu yaxşı olacaqdır. Bu tamaşa haqqında sirləri demək istəmirəm balaca tamaşaçılarımız gəlsinlər öz gözləri ilə görsünlər.

İki ilə yaxındır balacalarla görüşə gəlməyən Gəncə Dövlət Dram Teatrında da uşaqlar üçün yeni tamaşa hazırlanır. "Maşa və ayının dostları" adlı nağıl dünyasında dostluq, sədaqət, ədalətlilik ön plandadır. Tamaşada dostlar bir yerə yığılaraq meşədə yeni il şənliyi keçirməyə hazırlaşırlar. Şaxta baba və qar qız da yeni il tədbirində onlarla birlikdə olacaq. Yanvarın 1-dən 5-nə kimi gündə 4 seans olmaqla tamaşa nümayiş olunacaq.

Elşad Əhmədov  quruluşçu rejissor: Yenilik ondan ibarətdir ki, aktyorlar və kiçik yaşlı tamaşaçılarımız arasında interaktiv oyun olacaqdır. Hazırda məşqlər gedir və müəyyən səhnələr hazırdır. Kinoproyektordan istifadə etmişik.

Sevinc Hüseynova  aktirisa: Gözəl səhnələr olacaq, uşaqları əyləndirəcəyik. Bu da bizim üçün böyük bir işdir. Blacaları çox səbirsizliklə gözləyirik və çox darıxmışıq. Tamaşaçılarımızı gözləyirik.

Elmir Məmmədov  aktyor : Yeni il tamaşasında pişik obrazını oynayıram. Əminəm ki, balacalar üçün çox əyləncəli olacaq. Hər kəsi dəvət edirəm və xoş izləmələr arzu edirəm.

Bu il balacalar Gəncə Dövlət Filarmoniyasında da yeni illə bağlı konsert və şənliklərərin izləyicisi ola biləcək. İlk dəfə olaraq Bəhrəm Osmanovun quruluşunda "Qırmızı papağın yeni il macərası" adlı tamaşa göstəriləcək. Bakı Teatral studiyyasının  təqdim etdiyi bu tamaşada bəzi yeniliklər də olacaq.

Elçin Elçiyev  Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi: 29 dekabrda Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Gəncə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün saat konsert veriləcəkdir. Qırmızı papağın yeni il macərası tamaşasıda yanvarın 1-2 saat 11 və 13 30-da həm Azərbaycan həm də rus dillərində göstəriləcəkdir. Hazırda bilətlər filarmoniyyanın kassalarında satılır.

Bununla yanaşı yeni ildə filarmoniyada balacalar üçün əyləncəli konsertlər də təşkil ediləcək.

Elnur Vahidoğlu