• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 21.12.2021 20:26

DİM qəbul imtahanlarında Vətən müharibəsindən düşəcək materialı təqdim edib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsinə dair yenilənmiş məqaləni təqdim edib.Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.