• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 21.12.2021 20:21

Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin yaradılmasının mümkünlüyünü bildirib

KepezTV Player

"Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılığa gəlmişik. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq". Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda səfərdə olarkən belə deyib. Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından da danışıb.

Nikol Paşinyan Ermənistan Baş naziri: Noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb. Bununla da tərəflərin avtomobil əlaqəsini bərpa edər və bu, regionda yeni infrastruktur layihələrinin yaranmasına gətirib çıxara bilər. Bunun gerçəkləşdirilməsi üzərində çalışmalıyıq.