KepezTV Player
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub. Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib.
Prezident Gürcüstanın müdafiə nazirini qəbul edib
Dövlət başçısı Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.
- Baxış: 227