• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 18.12.2021 12:15

Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Orxan Xəlilovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub yaşadığı evi tərk etməsi aşkar edilib. Tibbi prosedurlar gözlənilməklə Xəlilov yaşadığı evə göndərilib, barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. **Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları da koronavirusa yoluxan şəxsi ictimaiyyət arasında aşkarlayıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Orxan Mahmudov özünütəcrid qaydalarını kobud şəkildə pozub, yaşadığı evi tərk etməklə ətrafdakı insanlar üçün real təhlükə yaradıb. Polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək yaşadığı evə göndərib. Faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.