KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Rizvan Həsənovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Həsənov yaşadığı evə göndərilib, barəsində cinayət işi başlanılıb.
Qazax rayon Polis Şöbəsinin əməkdaşları da koronavirusa yoluxan şəxsi ictimaiyyət arasında aşkarlayıblar. Məlum olub ki, rayonun Cəfərli kənd sakini İntiqam Əhmədov qaydaları kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməklə ətrafdakı insanlar üçün real təhlükə yaradıb. Əhmədov da evə göndərilib, araşdırmalar davam etdirilir.
- Baxış: 817