• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 14.12.2021 19:07

Macarıstan səfirliyinin nümayəndələri Gəncədə

KepezTV Player

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində Viktor Szederkenyi və macarıstanlı iş adamları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Azərbaycanda şəhərsalma imkanları üçün Macarıstanın “Ağıllı və yaşıl şəhər” həlləri və texnologiyalarının təqdimatı olub. Macarıstanın müxtəlif şirkətlərinin nümayəndələri öz məhsulları barədə ətraflı məlumat verib, təqdimatla çıxış ediblər. Təqdimatlar zamanı müasir “ağıllı” piyada keçidlərinin, günəş paneli ilə təchiz olunan oturacaqların, su sərfiyyatının azaldılmasına, elektrik enerjisinə qənaətə xidmət edən bır sıra digər məhsullar barədə geniş məlumat verilib. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.