• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 11.12.2021 20:33

İctimai iaşə obyektləri dekabrın 31-i gecə saat 2-dək işləyə biləcək

KepezTV Player

İctimai iaşə obyektləri dekabrın 31-i gecə saat 2-dək işləyə biləcək.Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir. Xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər. İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr gecə saat12-dən etibarən 2022-ci il 1 yanvar gecə saat 2:00-dək fəaliyyət göstərməsinə icazə verilir.Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir. Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin işçilərinin 2 doza peyvənd olmaları və ya immunitet, peyvəndə əks-göstərişi müəyyən edən sertifikatın olması tələb olunur.