• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 10.12.2021 16:19

Yevlax və Daşkəsəndə elektrik naqilləri oğurlanıb

KepezTV Player

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yollarında istifadə olunan yüksək gərginlikli elektrin naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini Samir Əliyev qohumları - Cabir Qənbərov və Rüstəm Əliyev ilə birlikdə cari ilin noyabr ayının 3-də dəmir yolu xəttinin Yevlax şəhəri ərazisindən keçən hissəsindən, yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıblar,həmin naqilləri Bakı şəhərinə apararaq orada satıblar. Daha sonra Samir Əliyev və Cabir Qənbərov digər qohumları Salman Süleymanovla qabaqcadan əlbir olaraq, noyabrın 30-da dəmir yolu xəttinin Daşkəsən rayonundan keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıblar. mış daha sonra həmin naqilləri Bakı şəhərinə apararaq orada satıblar.