• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 10.12.2021 12:20

Bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır

KepezTV Player

Hazırda mövcud olan bütün vaksinlər “Omikron” ştammına qarşı işə yarayır. Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncədə pandemiya ilə əlaqədar keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki Azərbaycanda hələlik “Omikron” ştammına rast gəlinməyib. “Amma bu sözügedən ştammın Azərbayanda aşkarlanmayacağı mənasına da gəlmir. Koronavirusun mutasiyaları dünyada yayılır və virusun olduğu hər yerdə ştammlara rast gələcəyik. Lakin narahat olmağa gərək yoxdur.”, - deyə o vurğulayıb.