• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 09.12.2021 20:47

Qazilərlə görüş keçirilib

KepezTV Player

Gəncənin Mərkəzi Kitabxanasında vətən müharibəsinin qaziləri ilə görüş keçirilib. Şairlər, yazıçılar, eləcə də kitabxananın fəal oxucularının iştirak etdiyi görüşdə vətən müharibəsində Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni diz çökdürməsindən danışılıb. Şanlı Zəfər qazanmaqla ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi vurğulanıb. Hərbiçilərimizin şücaəti, qanı, canı bahasına qazanılan qələbənin hər bir azərbaycanlı üçün əziz və qiymətli olduğu önə çəkilib. Tədbirin davamında musiqi məktəbinin tələbələrinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, şerlər söylənib.