KepezTV Player
Ağstafada müalicə olunduqları ünvanı tərk edən koronavirus xəstələri ictimai yerdə saxlanılıblar.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı yoluxduqları COVID-19 infeksiyasından sağalmayan rayon sakinləri - Hacımurad Quliyev, onun oğlu Mehman Quliyev və Elnur Paşayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Tibbi prosedurlar gözlənilməklə həmin şəxlər yaşadıqları evə göndəriliblər. Faktlarla bağlı cinayət işi başlanılıb.
- Baxış: 778