• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 07.12.2021 12:33

Hackerlər BitMart kriptovalyuta birjasını hack edərək 150 milyon dollar oğurlayıblar

BitMart adlı kriptovalyuta birjasını hack etmiş hackerlər ümumi dəyəri 150 milyon dollar olan müxtəlif kriptovalyutalar oğurlayıblar. Baş vermiş kiberhücum barəsində xəbəri PeckShield adlı şirkət verib. Kibertəhlükəsizlik üzrə mütəxəssislər aşkar ediblər ki, 4 dekabr tarixində hackerlər Ethereum şəbəkəsindən təqribi olaraq 100 milyon dollar vəsait əldə edə biliblər. Daha sonra əlavə olaraq Binance Smart Chain sistemindən 96 milyon dollar vəsaitin çıxarıldığı məlum olub. PeckShield şirkətinin hesablamalarına əsasən birja ümumilikdə 196 milyon dollar vəsait itirib. Ümumilikdə 30-a yaxın müxtəlif kriptovalyuta oğurlanıb. Onların arasında Binance CoinBaby Doge InuFloki Inu və Moonshot kimi kriptovalyutalar olub.

Oğurlanmış vəsaitlər Ethereum-a konvertasiya edilib və 1 inch adlı valyuta məzənnəsi vasitəsilə çıxarılıb. BitMart birjasının təmsilçiləri baş vermiş kiberhücumu ilk əvvəl təsdiqləməyiblər. Müəyyən müddət ərzində birjanın Telegram kanalındakı moderatorlar kiberhücum barəsində xəbərlərin saxta olduqlarını bildirirdilər. Lakin daha sonra birja baş vermiş kiberhücumu təsdiqləyib. Lakin birjanın verdiyi məlumata əsasən oğurlanmış vəsaitin miqdarı 150 milyon dollar təşkil edib. Birja bildirib ki, o, investorların oğurlanmış vəsaitlərini öz hesabına qaytaracaq.