• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 06.12.2021 16:00

Pandemiyadan sonra ilk zona birinciliyi

KepezTV Player

Gəncədə karate üzrə zona birinciliyi keçirilib. Yerli Olimpiya İdman Kompleksində reallaşan yarışda uşaq və yeniyetmələr bacarığını göstərib. 90-a yaxın idmançının mübarizəsində Nizami yurdunun karateçiləri ilə birlikdə Qazax, Ağstafa, Tovuz, Samux, Bərdə və Ağcabədi döyüşçüləri də gücünü sınayıb. Pandemiyadan sonra ilk dəfə təşkil edilən zona yarışının sonunda yer tutan idmançılar medal və fəxri fərmanla təltif ediliblər.