Gəncədə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər və Yasamal rayon təşkilatlarının təşəbbüsü, şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Gəncəvi ili çərçivəsində tədbir baş tutub. Tədbirdə Bakıdan gələn mədəniyyət xadimləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının rəhbərliyi, gəncəli deputat Müşfiq Cəfərov və digər rəsmi şəxslər, eləcə də könüllü gənclər və tələbələr iştirak ediblər. Çıxış edənlər dahi şairin 880 illiyi münasibətilə bütün ölkə ərazisində bir sıra tədbirlərin keçirildiyini, bugünkü yığıncağın da onun bir hissəsi olduğunu diqqətə çatdırıblar. İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri tərəfindən "Nizami dühası" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin xəmsəsindən səhnələr göstərilib.
- Baxış: 884