• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1841
— 05.12.2021 20:02

18 minə yaxın sakinə üçüncü doza vaksin vurulub

KepezTV Player

Oktyabırın sonundan başlıyaraq Samuxda karanavirus xəstəliyinə qarşı üçüncu doza peyvəndləmə işlərinə başlanılıb. Rayon mərkəzi xəstəxanası ilə yanaşı kənd və qəsəbələrdə də səyyar şəkildə vətəndaşların vaksinasiyası aparılır.

Karonavirus xəstəliyin qarşısını almaq eləcə də xəstəliyin geniş yayılmaması üçün ölkəmizin hər yerində olduğu kimi Samuxda da üçüncü doza vaksinin tətbiqi aparılır. Rayonda vaksin əsasən xüsusi risk qrupuna daxil olan şəxslərə, yaşı 50-dən yuxarı olanlara eləcə də imuteti zəif olanlara vurulur. Peyvənd olunmağa gələnlər Samux rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinə müraciət edirlər. Burada onlar həkimlər tərəfindən yoxlanılır, qeydiyyata alınır və  üçüncü doza vaksin vurulur.

Zəri Musayev  sakin: Mən Samux rayonun Kolayır kəndində yaşıyıram. Bu gün vaksinasiyyaya gəldim. Özümü yaxşı hiss edirəm. Hamıdan da xahiş edirəm gəlib vurdursun.

Sevda Vəliyeva  sakin: Samux rayon Zazalı kəndində yaşıyıram və 1958-ci il təvəllüdəm. Zazalı kənd tam orta məktəbində 42 ildir Azərbaycan dili ədəbiyyat müəllimi işləyirəm. İndi üçüncü doza vaksini vurdurdum. Özümü yaxşı hiss edirəm. Hamıyada tövsiyyə edirəm ki, bundan bəhrələnsinlər. Çünki COVİD 19-a qarşı ən yaxşı üsuldur.

Buster doza əsasən birinci və ikinci doza vurulduqdan 5 ay sonra vurulmalıdır. Vaksin vurduran şəxslərdə koronavirusa yoluxma risqi azdır. Əgər yoluxma olduqda isə bu xəstəlik yüngül formada keçirilir. Onun üçün üçüncü vaksinasiyanın edilməsi də vacib hesab edilir. Samuxda indiyə kimi 17 min 936 nəfər üçüncü, 40 nəfərə yaxın sakin isə dördünücü doza vaksin olunub.

Möhtəram Fərzəliyeva həkim infeksionist: Üçüncü doza vaksini ikinci doza vaksindən 5 ay sonra bıstır doza ilə  vaksinasiya mütləqdir. Bıstır doza gücləndirilmiş vaksin hesab olunur. Heç bir əks göstəriş yoxdur bütün  insanlar üçünücü doza vaksin ola bilər. Məntəqələrimizdə də hər gün vaksinasiya prosesi icra olunur. Vaksinasiyadan sonra heç bir neqativ hal müşahidə olunmamışdı. Vətəndaşlarımızı üçüncü doza vaksinasiyaya dəvət edirəm.

Peyvənd olunanların pasportlarna üçüncü vaksinin vurulma tarixi də yazılır. Rayonda mərkəzi xəstəxana ilə yanaşı 2 xüsusi vaksin məntəqəsi də faəliyyət göstərir. Həmçinin  qəsəbə və kəndlərdə sakinlər üçün 5 səyyar briqada xidmət edir.