• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 04.12.2021 20:22

Avtomobillərin icbari sığortasında ödəniş tərəfi dəyişəcək

KepezTV Player

Azərbaycandaki avtomobillərin 90%-dən çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb. Bu səbəbdən də həmin sığorta növü üzrə müraciətlər çox olur. Sözügedən sahədə yeniliklər nəzərdə tutulub. Əraflı Valeh Əsədov danışacaq?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Ancaq sözügedən qanuna əlavə və dəyişikliklər nəzərdə tutulub. Bəs nədir bu dəyişiklik?

Sözügedən əlavə və dəyişiklik həm sığorta şirkətlərinin, həm də müştərilən işini asanlaşdıracaq. Xüsusilə ən çox problem yardan məsələdə. Ödəniş məsələlərində.

Gözlənilməz risklərlə, itkilərlə, sürprizlərlə qarşılaşan insanların sığortaya yanaşması da fərqli olmalıdır. Doğrudur heç kim qəzadan sığortalanmayıb, ancaq sığortaçı seçimində diqqətli olmaqla konfliktlərdən sığortalanmaq olar.

İstənilən halda zərərgörən öz seçdiyi sığorta şirkətinə müraciət etməklə rastlaşdığı problemin tez bir müddətdə aradan qaldırılmasına nail ola bilər.

 

Valeh Anaroğlu