• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2141
— 04.12.2021 12:02

Narkotikin təsiri altında avtoxuliqanlıq edən “Qaz 33” sürücüsü həbs olunub

KepezTV Player

Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “Qaz 3302” markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ceyhun Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.