• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1915
— 04.12.2021 12:14

Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb

KepezTV Player

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb. Xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun müalicələri davam etdirilir. Hazırda hər iki hərbi qulluqçunun səhhəti normaldır, onların sağlamlıqlarının bərpa olunması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlər görülür.