• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 03.12.2021 20:34

"5"də oxuyan "6"dakına xəsarət yetirdi

KepezTV Player

Ağstafada məktəblilər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında yaşanıb. 6-cı sinifdə oxuyan Orxan Babayevə məktəbin 5-ci sinif şagirdi Əli Quliyev xəsarət yetirib.

Xoşolmayan olay noyabrın 27-də baş verib. Hadisəni törədən Əli Quliyev səhhəti ilə əlaqədar 10 gün imiş ki, dərsə gəlmirmiş. Elə biçaqlanma da məktəbin ərazisində baş verməyib.

Hadisə Əli Quliyev mağazadan qayıdan zaman baş verib. Orxan Babayevin onun qabağını kəsərək təhqir edib döymək istəyərkən 5-ci sinif şagirdi əlini bıçağa atıb.

Bıçaqlan Orxan Babyevin yaşadığı evdə heç kəs olmadığndan qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı. Ağstafa rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, Orxan Babayevdə döş qəfəsinin sağ yan səhtinin boşluğa keçməyən kəsilmiş deşilmiş yarası aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və evə buraxılıb. Hadisə ilə bağlı Ağstafa rayon polis şöbəsində araşdırmalar aparılır.

Hər iki şagird məktəbədə dərslərini davam etdirirlər.