• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 03.12.2021 20:31

Xaçınçay su anbarı və ətrafı minalardan tam təmizlənib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyi də bütün aidiyyəti qurumlar kimi azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsinə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupundan verilən məlumata görə, bu il yanvarın 3-dən etibarən Ağdam rayonunun Maqsudlu kəndində, Xaçınçay su anbarı və ondan qidalanan kənd təsərrüfatı təyinatlı kanalların ətrafının mina və partlamamış mərmilərdən təmizlənməsi sürətlə davam edir. Artıq Xaçınçay su anbarı və onun ətrafı tam şəkildə mina və partlamamış mərmilərdən təmizlənib. Hazırda Maqsudlu kəndi ərazisində eyniadlı kanalın ətrafı minalardan təmizlənir.