• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 02.12.2021 19:57

Sınaq imtahanı qəbul imtahanına uyğun keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. İmtahan 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq hər qrupda 3 fənn olmaqla keçiriləcək. Proses Gəncədə də baş tutacaq.

İmtahanlar dekabrın 19-da Gəncə, Şəmkir, Qazax da daxil olmaqla 15 şəhərdə təşkil olunacaq. Dekabrın 26-da isə coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək. Pandemiya səbəbindən ötən il reallaşmayan imtahanların bu il keçirilməsi qəbuldan əvvəl abitruyentlərə kömək məqsədi daşıyır.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq ki, bunlardan 22-si qapalı, 8-i isə açıq tiplidir. Nəticələrin qiymətləndirilməsi 400 ballıq şkala üzrə aparılacaq.

Dekabrın 19-u keçirilməsi nəzərdə tutulan sınaq imtahanına qeydiyyat 9 dekabr saat 23:59-dək davam edəcək.