• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 02.12.2021 19:39

"Təhsil kreditləri ilə bağlı yaranan problem aradan qalxır"

KepezTV Player

Emin Əmrullayev müəllimlərin sertifikasiya imtahanının hələ də keçirilməməsinin səbəblərini də açıqlayıb. Onun sözlərinə görə, yoluxma sayı aşağı düşəndə və daha dayanıqlı vəziyyət yarandıqda proses bərpa olunacaq. Tələbə kreditləri ilə bağlı yaranan narazılıqlardan xəbərdarıq. Təhsil naziri Emin Əmrullayev belə deyib. Bildirib ki, sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması da gözləniləndir.

Məktəblərin istiliklə təchizatındakı problemlərdən də danışan nazir vurğulayıb ki, mövsüm başlayanda 67 məktəbdə bununla bağlı çətinliklər varıydısa , bu rəqəm indi 20-yə endirilib. Təhsil naziri Azərbaycanda qəzalı vəziyyətdə olan məktəblərin sayını da açıqlayıb. Hazırda ölkədə 4 400-dən çox məktəbin olduğunu xatırladan nazir bildirib ki, həmin məktəblərin 75 faizi, yaxud 3 500-ə qədəri tədrisə yararlı vəziyyətə gətirilib.