• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 02.12.2021 12:23

Narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

KepezTV Player

Gəncə Baş Polis İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə BPİ-nin rəis müavini Əhməd Cəlilov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Belə maddələrdən istifadənin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açılıb, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığı qeyd edilib. Gəncə ŞBPİ və onun tabeli qurumları tərəfindən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Cari ilin 11 ayında ümumilikdə 193 fakt üzrə 56 kq-dan çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığı bildirib. Bu miqdarın 5 kq-dan çoxunu xüsusi təsir edici qüvvəyə malik narkotik maddələr təşkil edib. Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.