• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1007
— 01.12.2021 20:02

"Kəpəz" evdə xal itirdi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci Divizonunda 10-cu tura yekun vurulub. Sonuncu oyun günü Kəpəz Gəncədə Zirə-2-ni qədul edib. Oyundan əvvəl təlim uçuşları zamanı helikopter qəzasında şəhid olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Qarşılaşmaya gəlincə ilk qol meydan sahiblərindən gəlib. Emil Qasımov rəqib torunu silkələyib. Tez toparlanan qonaqlar 8 dəqiqə arayla 2 top vuraraq fasiləyədək hesabı xeyirlərinə dəyişiblər. 26-cı dəqiqədə Samir Ağayev, 34-cü dəqiqədə isə Məhəmməd Səfərov fərqlənən oyunçular olub. Bu mövsüm məğlubiyyət üzü görməyən gəncəlilər ikinci yarıda qol vurmaq üçün irəli atılıblar. Sarı-göylər istəklərinə 77-ci dəqiqədə çatıblar. Təyin olunan cərimə zərbəsini Nicat Süleymanov baxımlı vuruşla çərçivvədən keçirib. Bu qol həm də oyunun yekun nəticəsi olub. 2:2. Kəpəz 2 xal itirsə də turnir cədvəlində 3-cü yerdəki mövqeyini qoruyub.