• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 28.11.2021 19:55

COVİD-19 xəstəliyi ilə mübarizədə vətəndaş məsuliyyəti

KepezTV Player

Dünyada koronavirusa yoluxma statistikası hər gün yenilənməkdə, göstəricilər isə hələ də narahatlıq doğurmaqda davam edir. Vəziyyətin mürəkkəbləşdiyi bu günlərdə bəzi vətəndaşlarımızın həm özünün, həm da başqalarının səhhətinə laqeyd yanaşdığının, beləliklə, koronavirusun əhatəsini genişləndirməsinə şərait yaratdığının şahidi oluruq. Bəs ölkənin ikinci böyük şəhəri Gəncədə mövcud durum necədir? Vətəndaşlar ən azı gigiyenik tələblərə necə yanaşır?

COVİD-19 xəstəliyi ilə mübarizədə vətəndaş məsuliyyəti)) ((K/A)) Dünyanı ağuşuna alan pandemiya həyatımızı məcrasından çıxarıb. Təəssüf ki, bu təhlükəli pandemiya barədə kifayət qədər məlumatı olmasına baxmayaraq, bəzi vətəndaşlar xəstəliyə laqeyd və məsuliyyətsiz yanaşırlar. Gözə görünməz düşmənin daha da güclənməsinin qarşısını almaq üçün məsuliyyət məsələsi vacib faktorlardandır. Biganəlik və məsuliyyətsizliyə qarşı sağlam düşüncə də önəmlidir.

Şəhərdə çəkiliş aparan zaman COVİD-19 xəstəliyinə yoluxan və bu xəstəlikdən sağalan azyaşlı şəhər sakininə rast gəldik. O keçirdiyi xəstəliyi belə şərh edir.

Lakin bu bir həqiqətdir ki, peyvənd olunmaq virusa yoluxmaqdan xilas etmir, yoluxma zamanı xəstəliyi daha yüngül keçirməyə kömək edir. Peyvənd vurulandan sonra maksimum səviyyəyə çatan qoruma müəyyən vaxtdan sonra yenə zəifləyir. Ona görə də bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda üçüncü dozanın vurulmasına başlanılıb.

Pandemiya ilə mübarizədə dövlət ilk günlərdən vacib tədbirləri həyata keçirir. Bu tədbirlərin səmərəli olması üçün hər bir vətəndaş da məsuliyyət hissini unutmamalı, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Valeh Anaroğlu