• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 27.11.2021 19:56

Vətən müharibəsinə aid kitablar oxuculara təqdim olunub

KepezTV Player

I Gəncə Kitab Sərgisi çərçivəsində yerli yazarlarımızın da hekayələrinin daxil olduğu 44  fəsil payızda gələn bahar hekayələri adlı kitabın təqdimatı keçirilib. Həmçinin Göygöldə şairə Mələksə Murquzovanın yeni çapdan çıxan "Həyat, niyə beləsən?" adlı şeirlər toplusu oxuculara təqdim edilib.

I Gəncə Kitab Sərgisi çərçivəsində yerli yazarlarımız Nüşabə Məmmədli, Qərib Mehdi və İradə Aytelin hekayələrinin də daxil olduğu 44  fəsil payızda gələn bahar hekayələri adlı nəşr bu il çap olunub. Nəşrdə 44 yazarın vətən müharibəsinə həsr olunan hekayələri yer alıb.  Nüşabə Məmmədlinin Üç gün cənnətdə, Qərib Mehdinin Məktub və İradə Aytelin Biz yenə görüşdük adlı hekayələrinin yer aldığı 367 səhifəlik kitab Türkiyədə işıq üzü görüb.

Göygöldə isə Mirvari Dilbazi poeziya məclisi tərəfindən şairə Mələksə Murquzovanın Həyat niyə beləsən adlı şer kitabının oxucular təqdimatı keçirilib. Qazax rayonun Çaylı kəndində anadan olan Mələksə Murquzova ədəbiyyatda Mələk İsmayıl imzası ilə tanınır. Onun ilk şeri 2000-ci ildə Sərbəst düşüncə qəzetində çap olunub. Daha sonra 2012-ci iləd Türk oğuz ləhcəli yurdum Qazağım adlı şer kitabı oxuculara təqdim olunub. 2019 ildə Hara gedir bu dünya 2020-ci ildə isə Qarabağ deyəndə torpaq deyəndə adlı şerlər kitabı oxucuların ixtiyarına verilib.  Bu il nəşr olunan Həyat niyə beləsən adlı şer kitabı isə vətən müharibəsinə, torpaqlarımızın azad edilməsinə həsr edilib.

Təqdimatda oxucuların sualları cavablandırılıb, şairənin yaradıcılığından şerlər səsləndirilib.

Elnur Vahidoğlu