Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 28 nəfər saxlanılıb, onlardan 47 kiloqram narkotik vasitə aşkar edilib.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı Bakı şəhər sakini Şakir Məmmədov saxlanılıb. Onun üzərindən və Maştağa qəsəbəsindəki yaşadığı evin zirzəmisindən 30 kiloqrama yaxın marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Saray, Mehdiabad, Masazır qəsəbələri, eləcə də paytaxtın Xətai, Yasamal, Sabunçu, Xəzər və Nizami rayonlarında keçirdikləri əməliyyatlar zamanı anoloji əməllərlə məşğul olan daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın heroin, metamfetamin, elektron tərəzilər, narkotik vasitlərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, 48 ədəd ekstazi və metadon həbi aşkar edilib.
Gəncə, Lənkəran şəhərlərində, eləcə də Astara və Cəlilabad rayonlarında isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb. Külli miqdarda müxtəlif növ narkotik vasitə və elektron tərəzilər götürülüb.
- Baxış: 1009