• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 25.11.2021 20:33

Elmi-praktiki konfrans keçirilib

KepezTV Player

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və akademiyanın Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şairin yaradıcılığına həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Konfransda iştirak edən Nizamişünas alimlər "Nizami Gəncəvi irsinin araşdırılmasında informasiya resurlarının rolu", "Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği", "Şeyx Nizami irsinin təbliğində Gəncə kitabxanalarının əhəmiyyəti" mövzularında məruzələr ediblər. Daha sonra konfans iştirakçıları yerli və xarici dövlət xadimlərinin Nizami Gəncəvi haqqında fikirlərinin yer aldığı videoçarxı izləyiblər. Tədbirin sonunda alimlərin monoqrafiyaları, kitabları və nəşr olunmuş jurnallardan ibarət sərgi iştirakçılara təqdim olunub.