• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 24.11.2021 19:10

Havanın dəyişkənliyinin insan sağlamlığına təsiri

KepezTV Player

Son günlər müşahidə olunan isti havanın ardınca soyuqlar başlayır. Sinoptiklər ölkə ərazisində hava şəraitinin dəyişəcəyini, temperaturun kəskin enəcəyini bildiriblər və artıq proqnozlar özünü doğruldur. Hazırda Gəncədə soyuq, küləkli hava müşahidə edilir. Temperaturun dəyişməsi təbii ki, insanların səhhətinə də təsirsiz ötüşmür. Bəs belə hava şəraitində nələrə diqqət etmək lazımdır?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ölkə ərazində hava şəraitinin dəyişməsi ilə temperatur 7-12 dərəcə aşağı düşəcək.

Dəyişkən hava şəraiti insanlarda immunitetin zəifləməsinə gətirib çıxarır. Ona görə də həkimlər bu dövrdə immun sisteminin xüsusilə diqqətdə saxlanılmasını tövsiyə edirlər. Vaxtında və keyfiyyətli qidalanmaya nəzər yetirilməli, soyuqdan qorunmalı və havaya uyğun geyinilməlidir.